PSJ və "Liverpul" 1/4 finalda

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, 1/4 final uğrunda cavab matçında "Liverpul" "Leyptsiq"i qəbul edib.
 
Səfərdə 2 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi bu dəfə də rəqibini eyni hesabla üstələyərək 1/4 finala yüksəlib.

Günün digər matçında isə "Barselona" PSJ-nin qonağı olub. Görüş 1:1 heabı ilə yekunlaşıb. "Nou Kamp"dakı oyunda 4:1 hesabı ilə qalib gələn Paris klubu iki matçın nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
 

10 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 2:0
Qollar
: Salah, 71, Mane, 74
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:1
Qollar:
 Mbappe, 31-pen. (1:0), Messi, 37 (1:1)
İlk oyun - 4:1

Matçın 45+3-cü dəqiqəsində "Barselona"nın kapitanı Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.


9 mart

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
İlk oyun - 3:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right