İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Kalyari” komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, A Seriyasında çıxış edən klub Leonardo Sempliçi ilə anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
İtaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilmiş Eusebio Di Françeskonu əvəzləyib.
 
Qeyd edək ki, “Kalyari” A Seriyasında 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right