Millimizin üzvü üçün yeni baş məşqçi

Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi məlum olub.

Newsport.az-ın məlumatına görə, komandanın "sükanı arxası"na Samet Aybaba keçib. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Samet Aybaba son olaraq “Sivasspor”un baş məşqçisi olub.

Qeyd edək ki, U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"da çıxış edir. O, mövsümün ikinci yarısını Hollandiyanın "Valveyk" klubunda keçirib və "yaşıl timsahlar"a geri dönüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right