"Real"dan David Alaba qərarı

"Real" mövsümün sonunda müqaviləsi başa çatan David Alaba ilə bağlı yekun qərarını verib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi avstriyalı müdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent statusu ilə "kral klubu"nu tərk edəcək.

Qeyd edək ki, David Alaba 2021-ci ilin iyul ayından "Real"ın formasını geyinib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 4 rəsmi matçda 145 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right