"Barselona" səfər matçına 3 itki ilə çıxacaq

"Barselona" İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Betis"in qonağı olacaq.

Newsport.az xəbər verir ki, son ölkə çempionu oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçilər Frenki de Yonq və Fermin Lopes komandaya kömək edə bilməyəcək. Zədəli olan futbolçular komanda ilə birlikdə səfərə aparılmayacaq.

Qeyd edək ki, "Betis" - "Barselona" qarşılaşması bu gün baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right