Uğursuz mövsüm keçirən “Liverpul” ötən gecə daha bir ağır məğlubiyyətlə üzləşib.
Newsport.az xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasının 5-ci turunda öz meydanında PSV-yə (Niderland) uduzub – 1:4.
Mersisayd təmsilçisi ardıcıl üçüncü rəsmi oyununda 3 və daha çox qol buraxmaqla uduzur. Arne Slotun komandası əvvəlki iki oyunda “Nottingem Forest” və “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.
Komanda bununla 72 il əvvəlki antirekordunu təkrarlayıb. "Qırmızılar” 1953-cü ilin dekabrında belə uöursuzluq yaşamışdı.