Almaniyada 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern" evdə "Herta”ya (Berlin) 0:1 uduzub. Emreli 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədələnərək əvəzlənib.
Qeyd edək ki, bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. "Kayzerslautern" hazırda 20 xalla 7-ci yerdədir.