“Yamalın ətrafındakı bütün bu hay-küyü başa düşmürəm” Jorje Mendeş

“Barselona”nın futbolçusu Lamin Yamalın agenti Jorje Mendeş oyunçunun ətrafında mediada gedən davamlı şayiələr barədə danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yamalın ətrafındakı bütün bu hay-küyü başa düşmürəm. O, meydanda və meydandan kənarda nə etməli olduğunu mükəmməl bilir”.

Bu mövsümün əvvəlindən bəri media futbolçunun “Barselona” və İspaniya millisindəki çıxışından daha çox şəxsi həyatı və zədələri haqda danışıb. Yamalın meydandan kənar davranışının onun gələcək inkişafına mane ola biləcəyinə dair fikirlər var.

18 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 10 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right