Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının 4-cü turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) görüşündə Ağdam təmsilçisini dəstəkləyəcək.

Newsport.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşım edib. Ferqus Auld yazıb: 

"Bu axşam "Qarabağ" FK "Çelsi" ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və "Qırmızı Şeytan" ("Mançester Yunayted" azarkeşi - red.) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm".

Qeyd edək ki, sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right