Vinisius Juniorun müştəriləri sırasına daha bir klub qoşulub. “Bayern” braziliyalı hücumçunun transferində maraqlıdır.
Newsport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso ilə münasibətləri korlanan Vinisius Madriddən ayrılmağa qərar verib. O, mövsüm bitən kimi özünə yeni komanda axtaracaq. Madridlilər də qalmaqalları ilə daha çox gündəmə gələn hücumçunu satmaqda maraqlıdır.
Vinisiusu bir neçə ingilis klubu istəyir. Amma onun üçün ən böyük təklifi Səudiyyə Ərəbistanı təmsilçiləri göndərib. Bu səbəbdən münhenlilərin keçidi həll etmək ehtimalı azdır. “Bayern” futbolçunun özünün iddialı klub seçimində onlara yönələcəyinə ümid edir.