“Qalatasaray”da ciddi itki

“Qalatasaray” UEFA Çempionlar Liqasında 3-cü turun “Bodo Qlimt”lə oyunundan öncə ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, “sarı-qırmızılar”ın aparıcı oyunçularından olan İlkay Gündoğan sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Almaniya millisinin sabiq üzvü oyunöncəsi taktiki məşq zamanı zədələnib. 34 yaşlı yarımmüdafiəçi Norveç təmsilçisinə qarşı oynamayacaq.

İstanbul klubu Gündoğanı mövsümün əvvəlində “Mançester Siti”dən transfer edib. O, “aslanlar”ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray” – “Bodo Qlimt” qarşılaşması bu gün saat 20:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right