“Bayern” Aleksander Nübeli sata bilər. Münhenlilər hazırda müxtəlif variantları götür-qoy edir.
Newsport.az xəbər verir ki, “Ştutqart”da icarə əsasında çıxış edən 29 yaşlı qokiper çempionun düşərgəsinə qayıtmaq istəyir. Amma o, ehtiyatda qalmaq niyyətində deyil. “Ştutqart”la vidalaşdıqdan sonra qapıçı münhenlilərə əsas heyət üzvü kimi qoşulmaq niyyətindədir.
“Bayern”də isə vəziyyət fərqlidir. Manuel Noyer yaxşı formadadır. Üstəlik, onunla müqavilənin daha bir illik uzadılması mümkündür. Belədə Nübeli satmaq variantı aktuallaşacaq. Bundesliqa təmsilçisi heyətdə iki yaşlı qolkiperin olmasını istəmir.
Nübelin “Ştutqart”da qalmaq variantı var. Amma bunun üçün “Bayern”in tələb etdiyi 20 milyon avronu ödəmək lazımdır. Münhenlilər 2029-cu ilin yayınadək müqaviləs olan oyunçunun transferində güzəştə getmək niyyətində deyil.