"Barselona"nın oyunu ABŞ-də keçirilməyəcək La Liqa geri addım atdı

İspaniya La Liqasının 17-ci turunun "Vilyarreal" - "Barselona" matçı ABŞ-də keçirilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qurum tənqidlərdən sonra geri addım atmağa məcbur olub. Qarşılaşma 20 dekabr tarixində İspaniyada keçiriləcək.

Qeyd edək ki, əvvəlcədən oyunun ABŞ-nin Mayami şəhərində təşkil olunacağı açıqlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right