AVF prezidenti milli üzvü ilə birgə veloyürüşə çıxdı

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Elit/U23 yığma komandasının üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda danışıb.

Newsport.az-ın məlumatına görə, görüş zamanı velosipedçinin 5-ci İslam Həmrəyliyi Oyunlarındakı çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.

Mədət Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib və onunla birlikdə veloyürüşdə iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right