Türkiyənin Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarında voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb.
Newsport.az-ın məlumatına görə, Eldar Yusubovun rəhbərlik kollektiv B qrupunda son görüşündə Kamerun yığmasını 3:1 məğlub edib. Beləliklə, millimiz yarımfinala vəsiqəni təmin edib.
Millimiz bundan əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.