“Əziz Şuşa” yarışında ilk mərhələnin qalibi bilindi

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında 1-ci mərhələ başa çatıb.

Newsport.az-ın məlumatına görə, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 km məsafəyə fərdi ötüşmə növündə keçirilən yarışın qalibi Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunda çıxış edən Azərbaycan millisinin üzvü Elçin Əsədov olub. O, finişə 26 dəqiqə 18 saniyəyə çatıb.

Liderdən 13 saniyə geri qalan yığmanın digər velospiedçisi Musa Mikayılzadə ikinci yeri tutub. Rumıniyanın “Styaua” komandasından Kristian Tsvetkov isə 26,58 dəqiqəlik göstərici ilə üçüncü olub.

“Əziz Şuşa” beynəlxalq veloturunun 2-ci mərhələsi iyulun 10-da keçiriləcək. Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right