Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşdü

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışda uğurlu nəticələrə imza atıb.

Xankişiyeva Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. 21 yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCI-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya 35 xalla 45-ci pillədə qərarlaşıb.

Ayan Xankişiyeva yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci yerə layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right