Mədət Quliyev daha bir kluba velosipedlər hədiyyə etdi

Velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası Sumqayıt Velosiped İdmanı Klubunun inkişafına və fəaliyyətinə dəstək məqsədi ilə klubla əməkdaşlığa başlayıb.

Newsport.az məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Birgə işbirliyinin əsas məqsədi kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən Sumqayıt Velosiped İdmanı Klubuna velosipedlər və ehtiyat hissələri hədiyyə edilib. Daha öncə İsmayıllıda velosiped klubuna oxşar dəstək göstərilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right