Federasiya Kubokunda 1-ci mərhələnin qalibləri bəlli oldu

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən Respublika Velotrekində trek velosipedi üzrə Federasiya Kubokunun 1-ci mərhələsi keçirilib.

Newsport.az-ın məlumatına görə, 2 gün davam edən yarışda 50-yə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən iştirakçılar qrup ötüşməsində mübarizə aparıblar və qaliblər 2 yarış gününün cəminə əsasən müəyyənləşib. Qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Viktoriya Sidorenko qalxıb. Lalə Abdürəhmanova 2-ci, Radha Şabanova 3-cü olub.

Kişilər arasında Musa Mikayılzadə ən yaxşı göstərici ilə 1-ci yeri tutub. Kamran Mirzəxanov və Şahin Eyvazov isə müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.

İdmançılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim ediblər. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right