Azərbaycan Kubokunda 2-ci mərhələyə yekun vurulub

Şose velosipedi üzrə Azərbaycan Kubokunda 2-ci mərhələ başa çatıb. Yarışda müxtəlif klubların bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib.

Newsport.az-ın məlumatına görə, reqlamentə əsasən, ilk yarış günündə idmançılar 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Növbəti gün isə velosipedçilər yaş kateqoriyalarına uyğun olaraq 32 və 64 km məsafəyə qrup ötüşməsində qalibləri müəyyən ediblər.

15 yaşadək qızlar arasında Məryəm Əfqanzadə həm fərdi, həm də qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 17 yaşadək qızların mübarizəsində İradə Əbdürəhmanova fərdi, Ayan Məmmədzadə isə qrup ötüşməsində qalib olub. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında Tamerlan Vitovski və Ravi Rzayev müvafiq olaraq fərdi və qrup ötüşməsində qızıl medala layiq görülüblər.

Gənc oğlan və qızlar arasında Kamran Mirzəxanovla Diana Sidorenko, U23/Elit yaş kateqoriyasında isə Musa Mikayılzadə və Lalə Əbdürəhmanova həm fərdi, həm də qrup ötüşməsində bütün rəqiblərindən güclü olublar.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezident Robert Eyyubov və federasiyanın Nəzarət-Təftiş Komissiyasının sədri Fərid Haqverdi təqdim ediblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right