"Bakı-2015" Birinci Avropa Oyunlarında 75 kq çəkidə gümüş medal qazanan boksçumuz Xaybulla Musalov final görüşündən sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, finalda irlaniyalı Maykl O Reylliyə uduzan idmançımız görüşün çətin keçdiyini deyib:
"Qələbə qazanmağa çalışsam da, alınmadı. Məğlub oldumsa, deməli rəqibim güclü idi. Çalışacam ki, qarşıdan gələn yarışlara yaxşı hazırlaşım. Bütün diqqətimi olimpiadaya yönəldəcəm. Bunun üçün öz üzərimdə dayanmadan işləməliyəm".