"Bakı-2015": millimizdə şok itki

"Bakı-2015" I Avropa Oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən Azərbaycanın boks yığması ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçumuz Məhəmmədrəsul Məcidov böyük ehtimalla, sabah yarımfinal döyüşünə çıxa bilməyəcək.

Buna onun 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənlə görüşdə qaşından və gözündən ciddi zədə alması səbəb olub.  

Həkimlərin Məcidovun sabah rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə vermədiyi bildirilib. 
 
Qeyd edək ki, 1/4 finalda türkiyəli Əli Dəmirəzəni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionumuz "Bakı-2015"i bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right