Bu gün "Bakı-2015" I Avropa Oyunlarında su polosu yarışlarında növbəti oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, kişilərin yarışında mübarizə aparan Azərbaycan yığması yer aldığı B qrupunu sonuncu pillədə başa vurduğu üçün 13-16-cı yerlər uğrunda mübarizə aparıb. Komandamız D qrupunun sonuncusu Malta ilə üz-üzə gəlib. Qrupdakı bütün oyunlarda məğlub olan yığmamız ilk qələbəsini Malta üzərində qazanıb - 8:7. Millimizin 13-cü yer uğrundakı rəqibi Türkiyə olacaq.