Triatlon yarışında Azərbaycan idmançıları uğurlu nəticə qazanıb

7-8 avqust tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində Ironman seriyasından olan tam və yarım məsafə triatlon yarışlarının növbəti mərhələsi baş tutub. Yarışda Azərbaycanı Triterra və Alfa klublarından olan 14 idmançı təmsil edib.

Həm peşəkar, həm də həvəskar idmançıların iştirak etdiyi bu yarışda Kamil Əliyev, Səbuhi Səfərov, Serqan Abasov, Vüqar Salahov və Fariz Məmmədov ilk dəfə, Aleksandr Mordasov, Aydın Kərimov və Firdovsi Kərimov isə növbəti dəfə tam məsafəni uğurla başa vuraraq Ironman (Dəmir Adam) adına layiq görülüblər. Belə ki, tam məsafə üzrə iştirakçılar 3 mərhələ keçməli – açıq suda 3,8 km üzməli, velosipedlə 180 km məsafə qət etməli və 42 km qaçmalıdırlar.

Yarım məsafə üzrə isə Fəxri Əkbərov, Azər Mirtəqavi, Togrul Məmmədov, Tamerlan Ələkbərov, Teymur Fərəcov ilk dəfə, Aleks Parxomovski isə növbəti dəfə yarışı uğurla başa vurublar. Burada isə iştirakçılar, müvafiq olaraq, tam məsafə yarışındakı hər bir mərhələ üzrə yarım məsafəni başa çatdırmalıdırlar.

Yarışdakı yüksək nəticələrinə görə Aleksandr Mordasov Konada (Havay adası) keçiriləcək tam məsafə Ironman Dünya Çempionatına, Toğrul Məmmədov isə Yeni Zelandiyada keçiriləcək yarım məsafə Ironman Dünya Çempionatına vəsiqə qazanıblar.

Triterra Bakı Triatlon Klubu haqqında

Triterra Bakı Triatlon Klubu 2017-ci ildə Azərbaycanda Ironman adına layiq görülmüş ikinci şəxs olan Rüfət Həsənov tərəfindən təsis edilmişdir. Klubun yaradılmasında məqsəd Azərbaycanda triatlon idman növünün inkişafı və yeni Dəmir Adamların yetişdirilməsidir. Triatlon idman növü böyük hədəfləri olan uğurlu insanları bir araya yığan, eləcə də, ciddi hazırlıq, motivasiya, yüksək enerji aşılayan bir dəyərdir.

2018-ci ildən etibarən PMD Group şirkəti öz əməkdaşları və cəmiyyət arasında sağlam həyat tərzi və idmanı təbliğ etmək üçün Triterra Bakı Triatlon Klubunun fəaliyyətini hərtərəfli dəstəkləyir və təsadüfi deyil ki, Tallində keçirilən yarışda iştirak etmiş Kamil Əliyev və Fəxri Əkbərov məhz PMD Group-un əməkdaşlarıdır.

Həmçinin, qadınlar arasında da triatlon yarışına marağı artırmaq üçün 2021-ci ildə Pasha Bank və Triterra Bakı Triatlon Klubu yeni layihəyə start vermiş və Azərbaycanda ilk Ironwoman adına layiq görüləcək xanıma yüksək mükafat təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right