"Bakı-2015": Almaniya heyətini açıqladı

Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.

“Bakı-2015”də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right