Millimizin heyətində dəyişiklik

Mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Newsport.az-ın məlumatına görə, əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.

Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı Nikita Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right