"Yarışa çox ciddi hazırlaşmışdıq. Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Dünya Kubokunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov deyib. İran yığması ilə görüşdə ikiqat dünya çempionu Reza Yazdanini məğlub edən olimpiya çempionumuz yarışa qızıl medal qazanmaq üçün getdiklərini deyib:
"Lakin həvəsdən düşmək lazım deyil. Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq. Azarkeşlərimiz bizi dəstəkləməkdə davam etsinlər"