Putin Avropa Oyunlarının açılışına gəlir

Rusiya prezidenti Vladimir Putin "Bakı 2015" I Avropa Oyunlarına dəvət edilib.

Newsport.az-ın məlumatına görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov ölkə rəhbərinin Bakıya gəlişinin mümkünlüyünü istisna etməyib: 
"Həqiqətən də dəvət var. Belə bir səfərin baş tutacağını istisna etmək olmaz. Yekun qərarın nə zaman qəbul olunacağına gəldikdə, bu barədə əlavə məlumat verəcəyik".

Qeyd edək ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right