Alpinstlərimiz Avropanın ən yüksək zirvəsini fəth etdilər

Azərbaycan alpinistlər komandası Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) uğurla qalxa biliblər.
 
Newsport.az saytının məlumatına görə, həmin komandanın tərkibinə Azərbaycan Alpinizm Federasiyasının (AAF) idmançıları, “Nikoil Bank”ın alpinist qrupu və “Murov” ekstremal idman klubunun üzvləri daxil olub. Hər üç qrupun birgə layihəsi olan ekspedisiyanın rəhbərliyini təcrübəli alpinist, AAF-ın prezidenti İsrafil Aşurlu həyata keçirib. Alpinistlərin səfəri çox çətin hava şəraitində keçib. İqlimə uyğunlaşmaq üçün birinci gündə alpinistlər 3800 m hündürlüyündə yerləşən əsas düşərgədək çıxıblar, ikinci gün 4200 m-dək, üçüncü gün isə 4800 m-dək qalxıblar. Bir günlük istirahətdən sonra saat 02:00-da komanda zirvə istiqamətində yola çıxıb. Güclü külək və şaxtaya baxmayaraq, alpinistlər Elbrus zirvəsində Azərbaycan bayrağını sancıblar. Bundan sonra idmançılar uğurla aşağı düşüb, Elbrus ətəyindəki Azau qəsəbəsində dincəlmək üçün dayanıblar. Xatırladaq ki, bu ekspedisiya ilə AAF-ın prezidenti İ.Aşurlunun Elbrus dağının zirvəsinə qalxma sayı 14-ə çatıb.
Alpinistlərimiz Elbrus ekspedisiyasından sonra Kazbek zirvəsinə çatıb. Hər iki ekspedisiya iştirakçıları arasında “NİKoil Bank”ın alpinist qrupunun üzvləri olublar. Bu səfərlər bankın və federasiyanın birgə “20 il yüksəklikdə” layihəsi çərçivəsində reallaşdırılıb. Avqustun 16-da on nəfərdən ibarət alpinist komandası Bakıdan Gürcüstana yola çıxıb. İdmançılar dağın ətəyində yerləşən Kazbeqi kəndində gecəni keçirib, üzü yuxarı qalxıblar. Qar örtüyünün çox olması zirvəyə qalxmağı ləngidib. Buna baxmayaraq komanda Kazbek zirvəsinə (5033 metr) çatıb. Zirvədən geri dönəndə alpinistlərin yıxılması marşrutda dəyişikliyə səbəb olub və idmançılar daha uzun yolla qayıdıblar. Alpinistlərimiz artıq Bakıya qayıdıblar. Ötən il, builki ekspedisiyanın beş üzvü Kazbek zirvəsinə qalxmağa cəhd göstərsə də pis hava şəraitindən bu səylər uğursuzluqla nəticələnib. Bu il isə uğurlu olub. Ekspedisiyada bələdçi tanınmış alpinist Rüfət Qocayev olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right