Zabit Səmədov məşhur Türkiyə idmançısı ilə döyüşə çıxacaq

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin əsas döyüşünə çıxacaq. 

Newsport.az-ın məlumatına görə, fevralın 28-də İstanbulun "Sinan Erdem" arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. 

Lakin 15 min tamaşaçı tutumlu arenada günün həlledici döyüşü məhz Zabit Səmədovla Türkiyəli idmançı Mert Akın arasında keçiriləcək. Z.Səmədov bildirib ki, artıq döyüşün məşqlərinə start verib və yanvarın 20-də məşq toplanışını keçmək üçün Tailanda yollanacaq. Azərbaycanlı idmançı daha öncə Türkiyəli idmançılardan Erhan Denizi 2006-cı ildə Dünya çempionatının yarımfinalında məğlub edib, 2011-ci ildə isə Ali Cenik ilə Moskvada bərabər qalıb. 

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib. Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right