Norveçin Bergen şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatı start götürüb.
Newsport.az-ın məlumatına görə, yarışda planetin 100-ə yaxın ölkəsinin müxtəlif yaş qrupları üzrə 700-ə yaxın idmançısı mübarizə aparır.
1 həftə davam edəcək dünya çempionatında Azərbaycan Elit kateqoriyada Elçin Əsədov və Yelena Pavluxina, U-23-də Elgün Əlizadə və Musa Mikayılzadə, gənclər kateqoriyasında isə Kərim Şirəliyev, İvan Orlov və Mikayıl Səfərli ilə təmsil olunur.
Velosipedçilərimizin dünya çempionatında çıxışlarının qrafikini dəqqətinizə təqdim edirik (saatlar Bakı vaxtı ilə göstərilib):
19 sentyabr
Gənclər – Fərdi ötüşmə 21.1 km 13:35 - 15:55
Mikayıl Səfərli / İvan Orlov
Qadınlar (Elit) – Fərdi ötüşmə 21.1 km 17:35 – 19:15
Yelena Pavluxina
20 sentyabr
Kişilər (Elit) – Fərdi ötüşmə 31 km 15:05 – 19:25
Elçin Əsədov
22 sentyabr
U-23 – Qrup ötüşməsi 191 km 15:15 – 19:35
Elgün Əlizadə / Musa Mikayılzadə
23 sentyabr
Gənclər – Qrup ötüşməsi 135,5 km 11:30 – 14:45
Kərim Şirəliyev / İvan Orlov / Mikayıl Səfərli
Qadınlar (Elit) – Qrup ötüşməsi 153 km 15:30 – 19:30
Yelena Pavluxina
24 sentyabr
Kişilər (Elit) – Qrup ötüşməsi 277 km 12:05 – 18:45
Elçin Əsədov