15-17 avqust tarixlərində Türkiyənin Erzurum şəhərində 11-ci "Palandökən" beynəlxalq turnirinə yollanan yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız yarışa tam hazırdırlar.
Newsport.az saytının məlumatına görə, yeniyetmələrin böyük məşqçi Anar Allahverdiyev və gənclərin böyük məşqçisi Şahin Xidaverdiyevin güvəndiyi heyət bu gün yarışqabağı son məşqlərini keçiblər.
Seçmə komandanın üzvləri Erzurumun buz hokkeyi arenasında yarışın ikinci günü mübarizəyə qatılacaqlar. Onlardan başqa müxtəlif regionları təmsil edən klublarımızdan "Mərkəzi Karate Məktəbi", "Qaraqaplan", "Budokan", "Sərhədçi", "Qızıl əlcək" və "Fərasət" klublarını təmsil edən idmançılar da turnirdə iştirak edəcəklər.