AVİF yığma üzvünün ölümünə görə sürücülərə müraciət etdi

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) yığmanın sabiq üzvü Akif Abdullayevin avqustun 8-də velosipedlə hərəkət edərkən avtomobillə vurularaq dünyasını dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

 
Newsport.az-ın məlumatına görə, qurumun rəsmi saytında yer alan açıqlamada bildirilir ki, sürücülərin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə səbəb olur: "Yollarda velosipedçilərin hərəkəti "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq, əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır. Bununla əlaqədar olaraq, AVİF mexaniki nəqliyyat vasitəsi sürücülərindən "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir”.
 
Qeyd edək ki, avqustun 8-də saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.







Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right