"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il "Rapha"nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.
Yürüşdə “Cyclemania Lady” həvəskər velosipedçilər qrupunun 7 aktiv qadin üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak edib.
Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.