Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, cüt ötüşmələr üzrə Azərbaycan Kuboku uğrunda yarış keçirilib.
Newsport.az-ın məlumatına görə, turnirdə müxtəlif yaş qrupları üzrə 21 cütlük mübarizə aparıb.
2001-2002-ci il təvəllüdlü oğlan velosipedçilərin 24 km məsafəyə mübarizəsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçiləri Osman Qəhrəmanlı-Şahin Eyvazov duetinin qələbəsilə başa çatıb.
2001-2001 (24 km)
1. Osman Qəhrəmanlı / Şahin Ayvazov (OEQİUVM) - 00:39:24
2. Qadir Mustafayev / Nəcəf Bağırov (OEQİUVM) - 00:40:40
3. Bəylər Ağayev - Ramazan Əliyev (OEQİUVM) - 00:40:53
1999-2000-ci il təvəllüdlü oğlanlar da 24 km məsafəyə yarışıblar və bu kateqoriyada "Lokomotiv" klubunun nümayəndələri Mahmud Məmmədovla Vüqar Nəsibov ən yaxşı nəticə göstəriblər.
1999-2000 (24 km)
1. Mahmud Məmmədov / Vüqar Nəsibov (Lokomotiv) - 00:37:55
2. Mikayıl Səfərli / Xankişi İsgəndərov (8OEQİUVM) - 00:38:02
3. İvan Orlov / Əli Qurbanov (OEQİUVM) - 00:38:21
2003-2004-cü il təvəllüdlü yeniyetmə oğlanlar güclərini 16 km məsafəyə yarışda sınayıblar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbininin üzvləri Nikita Sitovla Natiq Meydərov bütün rəqiblərini qabaqlamaqla ən yüksək nəticə göstəriblər.
2003-2004 (16 km)
1. Nikita Sitov / Natiq Meydərov (OEQİUVM) - 00:26:55
2. Nofər Nuriyev / Əli Əsgərov (Lokomotiv) - 00:27:23
3. Elmir Əliyev / Rəşad Ağayev (OEQİUVM) - 00:30:00
Və nəhayət, 16 km məsafəyə ən güclüləri müəyyənləşdirən qızlar arasında 1-ci yerə 8 saylı Olimpiya İdman Məktəbinin yetirmələri Ayan Xankişiyeva və Elfanə Camalovadan ibarət duet çıxıb.
Qızlar (16 km)
1. Ayan Xankişiyeva / Elfanə Camalova (8OEQİUVM) - 00:28:12
2. Validə Cabbarova / Viktoriya Sidorenko (8OEQİUVM) - 00:28:25
3. Məleykə İsgəndərova (OEQİUVM) / Lalə Əbdürəhmanova (8OEQİUVM) - 00:32:11