Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun beşinci - sonuncu mərhələsinə start verilib.
Newsport.az-ın məlumatına görə, cari mərhələdə velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu üzrə hərəkət edərək 158 kilometr məsafə qət edərək Azadlıq meydanındakı finiş xəttinə çatacaqlar.
Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
Dörd turun yekununda şəxsi hesabda “Synergy Baku”nun velosipedçisi Kiril Pozdnyakov liderdir. O, dağ velosipedçiləri arasında liderlik edir. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası yürüş cədvəlinə başçılıq edir.