Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.
Newsport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu mərhələnin qalibi ABŞ-nın "İllumination" komandasının üzvü Edvin Avila olub. Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox şadam ki, bu mərhələdə qalib gəldim. Xoşbəxtəm.
- Sprintdə çətinlik çəkmədin?
- Maraqlı oldu. Yol üzüaşağı idi və külək var idi. Sürət də yüksək idi. Amma çətinliklə üzləşmədim.
- Sabah son mərhələdi. Qalib gələ biləcəksən?
- Sabahkı mərhələ fiziki hazırlığıma və bədən quruluşumu görə əlverişlidi. Buna görə də uğur qazanacağıma inanıram.
- Qızlara qarşı biganə deyildin. Onlarla öpüşmək gözəl hissdi, yoxsa qalibiyyət?
- Hər ikisi gözəl idi. Öpüşmək üçün qalib gəlmək lazımdı. Amma öpüşmək daha çox xoşuma gəlir