Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturun 4-cü mərhələsinə start verilib
Newsport.az-ın məlumatına görə, , cari mərhələdə velosipedçilər Qəbələ-Ağsu-Pirqulu marşrutu üzrə hərəkət edərək 164 kilometr məsafə qət edəcəklər.
Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
Qeyd edək ki, İştirakçılar sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.