"Tour d’Azerbaidjan-2017” veloturunda 3-cü mərhələnin qalibi müəyyənləşib.
Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə,, bu, "Synergy Baku"nun keçmiş velosipedçisi Matey Mügerlidir.
Sloveniyalı idmançı hazırda Avstriyanın "Amplats-BMC" klubunun üzvüdür.
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
İştirakçılar dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.