Tromso şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının 10-cu turun görüşləri yekunlaşıb.
Newsport.az saytının məlumatına görə, hesabat turunda kişilərdən ibarət millilərimizin rəqibi Ukrayna yığması olub. Rauf Məmmədovun cari turda rəqibinə məğlub olması görüşün sülhlə başa çatmasını rəsmiləşdirib. Belə ki, Teymur Rəcəbov və Eltac Səfərlinin xalları yarı bölmələri və Şəhriyar Məmmədyarovun qələbəsi yekun nəticəni dəyişməyib.
Cütlüklər belədir:
Ivanchuk Vassilly - Məmmədyarov Səhriyar 0 – 1
Ponomariov Ruslan - Rəcəbov Teymur ½ - ½
Eljanov Pavel - Məmmədov Rauf 1 - 0
Moiseenko Alexander - Səfərli Eltac ½ - ½
Qadınlardan ibarət yığmamız isə Norveç komandasına 3:1 hesabı ilə qalib gəliblər.
Bjerke Silje - Məmmədyarova Zeynəb 0 - 1
Dolzhikova Olga - Məmmədova Gülnar ½ - ½
Koskela Niina - Abdulla Xəyalə ½ - ½
Hagesather Ellen - Məmmədyarova, Turkan 0 – 1
Qeyd edək ki, 10 turdan sonra kişilərdən ibarət komandamız 15 xalla 3-10-cu yerləri,qadınlardan ibarət yığmamız isə 14 xalla 10-15-ci yerləri bölüşürlər.