Azərbaycan Velosiped İdmanı Federasiyası 2016-cı ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri təltif edib.
Newsport.az xəbər verir ki, Mövsümün yekunu olaraq U-17 yaş kateqoriyasında İvan Orlov (OEQIUGVM), gənclər və qızlar kateqoriyasında Mikayıl Səfərli (8OEQIUGVM) və Validə Cabbarova (8OEQIUGVM), U-23 yaş kateqoriyasında isə Samir Cəbrayılov (Synergy Baku) il ərzində keçirilən yarışlarda daha yaxşı çıxış edərək reytinq sıralanmasında 1-ci yerə layıq görülüblər.
Bundan başqa, 8 saylı İdman Olimpiya Məktəbi (8OEQIUGVM) də ən yaxşı məktəb kimi fərqləndirilib. Mükafatı məktəbin direktoru Elvin Məmmədxanova AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib.