Şahmat millilərimizdən 1 qələbə, 1 məğlubiyyət

Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın 7-cı turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarının hər ikisi öz rəqibləri üzərində inamlı qələbə qazanıb.
 
Newsport.az saytının məlumatına görə, ölkəmizin kişilərdən ibarət yığma komandası - Olimpiadanın 7-cı turunda Kuba yığmasına 2,5:1,5 hesabı ilə, qadın şahmatçılarımız da həmçinin  İtaliya komandasına eyni hesabla 2.5:1.5   qalib gəliblər.
 
Olimpiadanın 8-ci turunda isə komandalarımız məğlubiyyətlə üzləşiblər. Belə ki, k işilərdən ibarət yığmamız Çin komandasına 1:3, qadınlarımız isə Rumuniya yığmasına 2.5:1.5 hesabı ilə məğlub olublar.
 
Kişilərin yarışlarında 8 turdan sonra 14 komanda xalı toplamış Çin komandası liderdir. Azərbaycan, Fransa, Ukrayna, Çexiya və Rumuniya komandaları liderdən  1 xal geri qalırlar.
 
Qadınların yarışlarında isə 8 turdan sonra 16 xalla Rusiya 1-ci, aktivinə 14 komanda xalı toplamış Çin isə 2-ci yerdədir. Azərbaycan komandası isə 10 xalla 31-ci pillədədir.
 
9-cu turda Kişilərdən ibarət yığmamız Ruminiya, qadınlardan ibarət yığmamız isə Braziliya komandaları ilə qarşılaşacaq.
 
 Xatırladaq ki, dünya şahmat olimpiadası yarışlarında kişilərdən ibarət 177 komanda və qadınlardan ibarət 136 komanda çıxış edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right