Rio Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.
Newsport.az-ın məlumatına görə, qadın velosipedçimiz Yelena Pavluxina qrup ötüşməsində 35-ci olub. O, finiş xəttini çempion olmuş hollandiyalı Anna Van Der Breqendən 7 dəqiqə, 38 saniyə sonra keçib.
Qeyd edək ki, starta çıxan 68 velosipedçinin yalnız 50 nəfəri 136,9 km məsafəni qət edə bilib. Qalan 18 nəfər isə mübarizəni yarımçıq dayandırıb.