Elmar Babanlı: "Rüstəmdən qızıl medal gözləyirdim"

"Rüstəmdən hamı qızıl medal gözləyirdi, ani diqqətsizlik məğlubiyyətinə səbəb oldu. Ancaq dirsəyindən aldığı ağır zədəyə rəğmən, bir növ qəhrəmanlıq göstərib, üçüncü yeri tuta bildi. Bunu çox yüksək qiymətləndirirəm".

Newsport.az-ın məlumatına görə,bu sözləri  Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib. O, bir neçə idmançının imkanlarından aşağı səviyyədə çıxış etdiyini qeyd edib: "Bir çox aparıcı cüdoçularımız medalsız qaldı. Hansılar ki, onlardan medal gözləyirdik. Məsələn, Orxan Səfərov, İlqar Müşkiyev, Elxan Məmmədov, Kokauri Uşanqi və Məmmədəli Mehdiyev. Düzdü, Mehdiyev aktivinə müəyyən xallar yaza bildi, bununla reytinqdə bir az da möhkəmləndi. Amma medal da qazana bilərdi. Sadəcə vaxtı çatmadı. Ümumilikdə nəticəni qənaətbəxş hesab etmək olar. Nəzərə almaq lazımdır ki, bura hamı yüksək xallar üçün gəlmişdi. Rəqabət güclü idi. Üstəlik, bizim uşaqlar yorğun idilər". 
Lisenziyasız olan və bu baxımdan daha çox maraq oyadan kişilərin 81 kiloqram çəki dərəcəsinin nəticəsi ilə bağlı E. Babanlı bunları deyib: "Biz də çox istəyirdik ki, doğma divarlar amilindən istifadə edib təmsilçimiz Əbdülhəqq Rəsullu lisenziya xallarını artırsın. Amma nəticə göstərdi ki, o, hələ bu səviyyədə olan yarışlarda fərqlənməyə hazır deyil".

Rekord.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right