“Bugünki mərhələnin xüsusən sonluğu maraqlı alındı. Bir çox ötmələr müşahidə olundu”
Bu sözləri Newsport.az saytına “Tour d’Azerbaijan-2016” veloyürüşünün 4-cü mərhələsinin qalibi olan “Nasr-Dubai” klubunun üzvü Luka Vakermann söyləyib.
İtalyan velosipedçi daha sonra bunları deyib: “Finişə 1 kilometr qalmış Rinaldo Nosentini ilə sprinterə çıxdıq. Dünən 3-cü yeri tutmuşdumsa, bu mərhələdə qalib gəldim. 2-ci yoxuş çox kəskin idi. 15-20 velosipedçinin gərgin mübarizəsi gedirdi. Deyərdim ki, bu gün yürüşün taleyi məhz həmin yoxuşda həll olundu”.
Mərdan Həsənov
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"