“Liderliyi qoruyub saxlamaq çətin oldu”
Bu sözləri Newsport.az saytına “Tour d’Azerbaijan-2016” veloyürüşünün ümumi təsnifatına rəhbərlik edən Markus Eybeqer söyləyib.
“Synergy Baku”nun sabiq üzvü, hazırda Avstriyanın “Felbermayr” komandasının şərəfini qoruyan idmançı daha sonra bunları deyib: “Son 10 kilometrdə komandamızın 2 üzvü pelotondan geridə qaldı. Çoxlu ötmələr oldu. Daim mübarizə gedirdi. Güman edirəm ki, sabahki yarış olduqca maraqlı olacaq. Marşrutun bir hissəsində qəmbər daşlı yoldan keçməliyik. Cəmi 1 yoxuş var. Bizi gərgin mübarizə gözləyir”.
Mərdan Həsənov
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"