Olimpiadaya vəsiqə verən son Dünya təsnifat turnirində ikinci gün

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Newsport.az saytının məlumatına görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb.

İkinci yarış günündə qadın güləşçilər mübarizə aparacaq.

63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL)

75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova

İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri 19:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right