"Böyük Dəbilqə": İlk medalımızı qazandıq

Azərbaycan cüdoçusu, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində bürünc medala sahib olub. 

Newsport.az saytının məlumatına görə, idmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medal olub.

Degər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right