Hamilton, Rosberq, Alonso və digər pilotlar bu il 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinə tam hazırdırlar
Newsport.az sayıtnın məlumatına görə,dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.
Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən, ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:
Luis Hamilton: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.
Niko Rosberq: “Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq”.