8 ölkədən 100-ə yaxın idmançı Qəbələyə gəlir

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır.

Newsport.az saytının məlumatına görə, “Qəbələ” Atıcılıq Klubu tərəfindən təşkil olunan sözügedən turnir bölgələrdə idmanın inkişafını nəzərdə tutan prioritet tədbirlərdəndir. Təməli 2012-ci ildə qoyulan atıcılıq “Qəbələ” klubunun təşkilatçılığı ilə keçirilən Qran-Pri yarışlarının ilki 2014-cü ildə, ikincisi isə 2015-ci ildə baş tutub. Artıq ənənəyə çevrilən növbəti Qran-Pri 6-16 may 2016-cı il tarixində keçiriləcəkdir. Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya və Qətəri təmsil edən 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

gabalafc.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right